HaqqımızdaBilet məlumatıQaydalarKeyterinq məlumatıİstirahət zonası
Diqqət çəkənlərXatirələr

Təhlükəsiz iş mühiti – bizim prioritetimizdir

Təhlükəsiz iş mühiti – bizim prioritetimizdir

“Bakı Kristal Zalı” MMC-də işləmək təhlükəsiz mühitdə fəaliyyət göstərməyin real nümunəsidir. Biz hər bir əməkdaşın rifahı və təhlükəsizliyi üçün sistemli tədbirlər həyata keçiririk. İşçilər işə başlamazdan əvvəl müvafiq şəkildə təlimatlandırılır, fərdi mühafizə vasitələri ilə təmin olunur və bütün işlər yalnız icazə sənədləri əsasında qaydalara uyğun şəkildə aparılır.
img

Davamlı nəzarət və maarifləndirmə

İşə qəbul zamanı yalnız uyğunluq sertifikatı olan əməkdaşlar seçilir, müəssisə daxilində potensial risklər təhlil edilir və başvermə ehtimalı minimuma endirilir. Eyni zamanda fövqəladə hallara dair maarifləndirmə aparılır, real simulyasiyalar və praktiki məşğələlər keçirilir. Bu tədbirlər nəticəsində biz əməkdaşlarımız üçün sadəcə iş yeri deyil, eyni zamanda güvənli mühit formalaşdırırıq.
img
Təhlükəsiz iş mühiti – bizim prioritetimizdir